Bakının Nizami rayonunda iki gəncin mübahisəsi cinayətlə nəticələnib.
Hadisə ötən il martın 11-də Nizami rayonu, Heydər Əliyev prospektində baş verib.
Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Elbrus həmin gün saat 19:40 radələrində "Koroğlu" metrostansiyasının çıxışında əvvəllər tanımadığı Əmirlə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisə yol verməmək üstündə yaranıb. Elbrus Əmirin saçından tutaraq sağa-sola dartıb, bir neçə dəfə təpiklə belinə və sağ yan tərəfinə zərbələr endirib.
Elbrusun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elbrus ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Elbrusa amnistiya tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.
mənbə: demokrat.az