Bakıda şadlıq sarayında ölüm hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən "Şərq" şadlıq sarayında baş verib.
36 yaşlı Orxan Məhəmməd oğlu Qarayev həmin şadlıq evində pilləkənlərdən yıxılıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.