Bakıda xuliqanlıq edən şəxs tutulub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 4 noyabr tarixində xəbər verir.
Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
DİN-dən verilən məlumata görə, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən, inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.