Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşıllaşdırma işləri aparılır. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibiliyi etməsi ilə əlaqədar paytaxtın bir sıra yerlərində hazırlıq işləri aparılır.
Balaxanı Əməliyyat Şirkəti tərəfindən mərkəzi anbar və 3-cü mədən ərazisi və digər bölgələrdə geniş şəkildə yaşıllaşdırma, yenidənqurma, eləcə də çirkli tullantılardan torpaqların təmizlənməsi və ağacların əkilməsi kimi abadlıq işləri yerinə yetirilir.
[caption id="attachment_128460" align="alignnone" width="640"]
Foto Azərtac[/caption]