Sabunçu rayonunda qumbara tapılıb. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Balaxanı qəsəbəsində baş verib. Əraziyə cəlb olunan FHN-in əməkdaşları orada 1 ədəd “F-1” əl qumbarası aşkar ediblər. Onlar sursatı təhlükəsiz əraziyə aparıblar. Daha sonra sahəyə baxış keçirilib.
Ərazidə hər hansı digər təhlükəli əşya aşkar edilməyib.