Avtobusların iş qrafiki uzadılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişin axınını nəzərə alaraq marşrutların fəaliyyəti 31 dekabr 2023-cü il tarixindən 1 yanvar 2024-cü il tarixinə keçən gecə saat 01:30-dək davam edəcək.