Beynəlxalq Kitab Sərgisinə getmək üçün ödənişsiz avtobuslar təşkil olunacaq. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az sərgiyə istinadən xəbər verir.
Metropolitenin “28 May” (hər saat), “Koroğlu” (yarım saatdan bir) və “Elmlər Akademiyası” (hər saat) stansiyalarının yaxınlığından Bakı Ekspo Mərkəzinə qədər avtobuslar təşkil olunacaq.
5-9 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq.