Bakıda “Atlet-24” adlı kran gəmisi əsaslı təmir olunub. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.
Su nəqliyyatının baş mühərrikləri, nasosları, boru sistemləri, eləcə də generatorları, elektrik avadanlıqları və idarəetmə sistemləri təmir olunub. Gəmi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib.
Təmir-bərpa işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda“ həyata keçirilib. “Atlet-24” gəmisi 40 ton yükqaldırma qabiliyyətinə malikdir. Su nəqliyyatı artıq dənizçilərin istifadəsinə verilib.