Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Belə ki, sözügedən ərazidə yerləşən qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsinin inşası qaydalara uyğun deyil.
FHN-dən verilən məlumata əsasən, dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, tikinti sahibi tərəfindən işlər mərhələlərlə dayandırılsa da, gecə saatlarında davam etdirilib. Buna görə də obyektin inşa olunan hissəsinin sökülməsinə qərar verilib.