top
Biznes həyatı, neft şirkətlərində karyera: ABŞ-də yaşayan azərbaycanlının hekayəsi - FOTO
16 yanvar 2025, 03:48
- ↺ +

Biznes həyatı, neft şirkətlərində karyera: ABŞ-də yaşayan azərbaycanlının hekayəsi - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəb illərində proqramçılığı öyrənir, bu istiqamətdə beynəlxalq yarışlara qatılır. 11-ci sinifdə artıq bu sahədə yaxşı iş təklifi də alır. Orta məktəbi bitirən kimi iş həyatına başlaya bilərdi. Lakin onun planları xaricdə təhsil almaq və xarici təcrübəni öyrənmək olur. Bu səbəbdən, orta məktəbi bitirəndən sonra, 13 avqust 2008-ci ildə, doğum günündə ABŞ-yə gedir. Söhbət 16 ildir ABŞ-də yaşayan azərbaycanlı Əkrəm Nəbiyevdən gedir.

O, ABŞ-də neft şirkətlərində qazma və quyu mühəndisi olaraq çalışıb. Hazırda ABŞ-də İsveçrənin "Transocean" şirkətində fəaliyyət göstərir. Paraleldə isə öz biznesini qurub, zamanla investisiya sahəsinə yönəlib.

Valyuta.az-ın qonağı olan Ə.Nəbiyev karyerası ilə bağlı sualları cavablandırıb.

O bildirib ki, ABŞ-də Luiziana Dövlət Universitetində təhsil alıb və buraya təqaüdlə qəbul olunub.

Biznes həyatı, neft şirkətlərində karyera: ABŞ-də yaşayan azərbaycanlının hekayəsi

Ə.Nəbiyevin sözlərinə görə, o, universitetdə təhsil aldığı dövrdə artıq 4 mağaza sahibi olub:

“Tələbə vaxtı davamlı işləmişəm. Gündüzlər dərs oxuyurdum, axşamlar işləyirdim. Tələbə olduğum müddətdə artıq mağaza sayımız 4-ə çatmışdı”.

O qeyd edib ki, tələbəlik illərində neft şirkətində çalışaraq təcrübə qazanıb, həmçinin biznesini inkişaf etdirib. Lakin biznesdən uzaqlaşmayıb, amma neft sektoruna daha çox fokuslanaraq, müxtəlif sahələrə yatırım etməyə başlayıb. Əkrəm, Uorren Baffet kimi investorların izlədiyi yolu seçib və daşınmaz əmlakla yanaşı birjalara da investisiya edib. İlk yatırım təcrübəsi uğursuz olub:

“Universitetdəki tələbə yoldaşlarımla bir yerdə bir yatırım edib qazma quyuların hissəsini aldıq. 200 min dollar yatırdıq, biznes batdı. Əziyyətlə qazandığımız pulu itirdik. O vaxt həmin pulu birjalara yatırsaydım, indi bir neçə dəfə artım olardı, amma o riski etmək istədik”.

Biznes həyatı, neft şirkətlərində karyera: ABŞ-də yaşayan azərbaycanlının hekayəsi

Əkrəmin neft sektoru ilə bağlı 4 elmi məqaləsi var və Meksikada qazma sahəsində uğurlar əldə edib. Əkrəm gələcəkdə Azərbaycana qayıtmaq haqqında düşündüyünü deyib:

“Xaricdə təhsil almaq, işləmək insana fərqli təcrübə qazandırır. Bəli, bütün gənclərə xarici ölkənin təhsilini, təcrübəsini öyrənməyi məsləhət görürəm. “Çox gəzən çox bilər”ə inanıram. Ölkəmizi çox sevirəm. Azərbaycansız yaşaya bilmərəm. Tez-tez gəlməyə çalışıram. Qayıda bilərəm. Hər şeyi zaman göstərəcək”.

Biznes həyatı, neft şirkətlərində karyera: ABŞ-də yaşayan azərbaycanlının hekayəsi

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər