Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən piyada keçidlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin artması məqsədilə küçələrdə xüsusi işıq dirəkləri quraşdırılır. Bu haqda qurumun mətbuat xidməti bu gün, 29 sentyabr tarixində məlumat verib.
Hazırda sözügedən layihə Müzəffər Nərimanov küçəsində həyata keçirilir. Küçəboyu eynisəviyyəli piyada keçidləri (“zebralar”) işıqlandırır.
Bakı şəhərinin inzibati ərazisində 31 ədəd piyada keçidində işıqlandırma işləri yekunlaşıb, analoji layihələr davamlı olaraq icra edilməkdədir.