Aktrisa Mətanət Əhmədova (Eres) Bakıda fəaliyyət göstərən “Bolt” taksi şirkətindən şikayətçidir. Bu haqda 6 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Aktrisa öz İnstagram səhifəsində videopaylaşım edərək bildirib ki, gediş haqqı 3 manat 37 qəpik göstərildiyi halda, şirkət onun kart hesabından 5 manat 90 qəpik məbləğində vəsait çıxıb:
“3,37 hara, 5,90 hara! Camaatı niyə bu qədər aldadırlar? Haram yeyərək hara qədər gedəcəklər? Sürücüyə demişəm, o da deyir ki, “Bolt” keçib fırıldağa”.
Aktrisa şirkətin Azərbaycandakı nümayəndəliyinə gedəcəyini bildirib:
““Bolt”un yiyəsinin kim olduğunu bilmirəm, amma bilirəm ki, yedikləri haram tikə bir gün burunlarından gələcək. Hərəmizdən 1,90 manat oğurlasalar hara gedib çıxır? Camaatı talamaqdan əl çəkin!”.