Martın 4-də Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketində silahlı basqın nəticəsində zərər çəkənlərin vəziyyəti məlum olub. Bu haqda bu gün, 6 mart tarixində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hər iki şəxs Sabunçu Tibb Mərkəzində müalicə alıb. Onlardan biri, ağciyər və fəqərə zədələnməsi səbəbi ilə əməliyyat olunan kişi iltizamnamə əsasında yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Digər kişi isə (daha öncə ikinci yaralının qadın olduğu bildirilib) ambulator müalicə üçün evə buraxılıb.