Paytaxt ərazisindəki sərnişin avtobusları gecikib. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bu gün səhər pik saatlarında Bakı şəhəri ərazisində 48 marşrut xətti üzrə hərəkət edən 165 sərnişin avtobusunda gecikmələr müşahidə olunub. Ortalama olaraq avtobuslar 10-20 dəqiqə arası ləngiyiblər. Tam siyahını görmək üçün klikləyin.
Bu gündən etibarən yeni tədris ilinə start verilib. Bu səbəbdən paytaxtda tıxaclar yaranıb.