“Yüz Kafe”nin yerləşdiyi Yusif Məmmədəliyev küçəsində monitorinq keçirilib. Bu barədə BakuPlus.az Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 24 oktyabr tarixində xəbər verir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova öz Facebook səhifəsində paylaşım edib.
“Tarixi abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması tədbirləri davam edir. Memarlıq binalarının fasadlarının görkəmini korlayan reklam lövhələri sökülüb”, - paylaşımın mətnində deyilir.
N. Allahyarovanın sözlərinə görə, lövhəsi sökülən obyektlərdən biri Azərbaycanın məşhur aktyoru Taleh Yüzbəyova məxsusdur.