top
Cüdo üzrə Təlim-Məşq Mərkəzinin əsaslı təmiri yekunlaşıb
27 noyabr 2023, 07:03
- ↺ +

Cüdo üzrə Təlim-Məşq Mərkəzinin əsaslı təmiri yekunlaşıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev Təlim-Məşq Mərkəzini ziyarət edib. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Ölkə başçısı mərkəzin əsaslı təmirindən sonra yaradılan şəraitlə tanış olub. rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Prezidenti müşayiət edib.

Ümumi ərazisi 2,2 hektar olan idman kompleksində qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada uzunluğu 96, eni isə 72 metr olan stadionun süni ot örtüyü də dəyişdirilib.

Əsas binada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilərlə təchiz olunub.

Həmçinin həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

Əsas yeniliklərdən biri isə 28 yerlik müasir hotel bölməsinin yaradılmasıdır.

Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb.

Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi” təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti, 149 ünvanında yerləşir.

Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.

[URIS id=121264]

Son xəbərlər

Xəbər
Bu gün, 17:08

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Oxşar xəbərlər