Cennifer Lopez və Ledi Qaqaya məxsus əşyalar Azərbaycanda satışa çıxarılıb. Bu haqda BakuPlus.az sosial şəbəkələrə istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Sosial şəbəkələrdə hərrac səhifələrindən birində hər iki müğənniyə aid onların şəxsi imzası olan fotoları satışa qoyulub.
Hər foto orijinal və sertifikatlıdır.
Hərracların ilkin və minimal artım qiyməti 5 manatdır. Ledi Qaqanın imzalı fotosu 50 manat təkliflə satılıb.
Cennifer Lopezin fotosuna isə hələlik təklif edilən ən yüksək məbləğ 20 manatdır. Hərrac bu gün 23:00-dək davam edəcək.
[URIS id=75846]