Bakı-Gəncə-Bakı dəmir yolu xəttinə əlavə qatarlar buraxılacaq. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Bayram günləri ilə əlaqədar sərnişin axınının güclü olmasını nəzərə alaraq 6 və 9 noyabr tarixlərində əlavə reyslər təyin olunacaq.
Belə ki, qatarlar 6 noyabr saat 08:15-də Bakıdan, 9 noyabr saat 17:30-da isə Gəncədən yola düşəcəklər.
Həmçinin digər qatarlar hər gün standart qrafiklə hərəkət edəcəklər.