Bu gün, dekabrın 14-də Laçına növbəti köç karvanı yola salınıb. Bu haqda Bakuplus.az Report-a istinadən xəbər verir.
Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən daha 86 nəfərdən ibarət olan 20 ailə köçürülüb.
Sakinlər üçün doğma yurdlarında bütün infrastruktur – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
İndiyədək Laçında 383 ailənin, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.