DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az Dövlət Yol Polisinə istinadən xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sentyabrın 24-dən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakı və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. İdarədən sürücülərə meteoroloji şəraitə uyğun sürət həddi seçmək, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, reklam lövhələrinin yaxınlığında saxlamamaq tövsiyə edilir.
Müraciətdə piyadalara yalnız müəyyən olunmuş yerlərdən keçmələri, yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən təhlükəsiz yerləri seçmələri məsləhət görülür.
Həmçinin piyadalardan açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmaqları, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur.