top
DYP yağışlı hava şəraiti ilə bağlı piyadalara müraciət edib
25 oktyabr 2024, 23:58
- ↺ +

DYP yağışlı hava şəraiti ilə bağlı piyadalara müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması piyadalar üçün bir sıra çətinliklər yaradıb.

Bakuplus.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə bağlı piyadalara müraciətində deyilib.

Bildirilib ki, bir neçə gün əvvəl aramsız yağan yağışlar səbəbindən yollarda sürüşkənliyin, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşməyib:

"Həmin ərəfədə 5 nəfərin həyatını itirməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən 11 piyadavurma hadisəsi qeydə alınıb. Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı - saat 18:30-23:00 radələrində baş verməsi isə təsadüfi deyil. Təhlillər göstərir ki, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl edilməməsi, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementlər olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır. Bununla yanaşı, bir sıra hallarda yol infrastrukturunun piyadayönümlü olmaması, bəzi küçələrin işıqlandırılmaması, yağmurlu havalarda səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud intizamsız sürücülərin məsuliyyətsiz davranışları da piyadalar üçün ciddi çətinliklər yaradır".

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha da diqqətli olmağa, sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır", - deyə müraciətdə bildirilib.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Dünən, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Dünən, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Dünən, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Dünən, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Dünən, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Dünən, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Dünən, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Dünən, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Dünən, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Dünən, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Aktual Xəbərlər
Dünən, 09:38

Bakıda gənc oğlan bıçaqlandı

Xəbər
Dünən, 09:25

Bakıda tozlu hava iki gün davam edəcək

Xəbər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Dünən, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
14 oktyabr 2026, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
14 oktyabr 2026, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
14 oktyabr 2026, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
14 oktyabr 2026, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
14 oktyabr 2026, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
14 oktyabr 2026, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Oxşar xəbərlər