Yunanıstanı 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsində təmsil edən Elefteria Elefteriu Bakıya gəlib. Bu haqda BakuPlus.az bu gün, 22 sentyabr tarixində xəbər verir.
Öz ölkəsini 2012-ci ildə Bakıda təmsil edən müğənni gəlməsi barədə şəxsi İnstagram səhifəsində bildirib.
Əvvəlcə paytaxt Bakını gəzən və mətbəxini dadan ifaçı daha sonra Şuşaya səfər edib.
“Salam, Bakı. Mən qayıtdım”, - yunan müğənni paylaşımlarının birini şərh edib.
Müğənni, həmçinin Cıdır düzündə çəkdirdiyi fotosunu da izləyiciləri ilə paylaşıb.