top
Elektromobil sürücülərinin rastlaşdığı problemlər – AVTOMOBİL USTASI NASAZLIQLARI AÇIQLADI
16 yanvar 2025, 05:04
- ↺ +

Elektromobil sürücülərinin rastlaşdığı problemlər – AVTOMOBİL USTASI NASAZLIQLARI AÇIQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizdə elektrik avtomobillərinə tələbat artmaqda davam edir. Hər il ölkəmizə qeyri-rəsmi, yəni paralel idxalçılar və rəsmi dilerlər tərəfindən yüzlərlə elektromobil gətirilir. Bəzən sürücülər bu avtomobillərin keyfiyyətindən, yaxud tez-tez nasazlıqlarının yaranmasından şikayət edir.

Bəs elektromobil istifadəçilərinin ən çox şikayət etdiyi problemlər hansılardır?

Mövzu ilə bağlı Adbulla Məmmədov avtosfer.az-a bildirib ki, ən əsas problemlərdən biri elektromobillərin texniki xidməti və ehtiyat hissələrinin tapılması məsələsidir: “Ölkədə bu sahədə ixtisaslaşmış servis mərkəzlərinin sayı çox azdır və ehtiyat hissələri əsasən xaricdən gətirildiyi üçün baha başa gəlir. Bundan əlavə, elektrik təchizatı məsələsi də bəzi hallarda problemlər yaradır. Evdə və ya iş yerində şarj etmək üçün güclü və sabit enerji qaynağı tələb olunur ki, bu da hər kəs üçün əlçatan olmaya bilər. Bütün bunlarla yanaşı, elektromobillərin qiymətinin daxili yanma mühərrikli avtomobillərlə müqayisədə daha yüksək olması da sürücülər üçün düşündürücü məsələdir. Eyni zamanda, bu nəqliyyat vasitələri üçün xüsusi sığorta və vergi qaydalarının tam formalaşmaması, bəzi bölgələrdə yol infrastrukturunun elektromobillərə tam uyğun olmaması da problemlər sırasına daxildir. Bu səbəbdən Azərbaycanda elektromobillərin istifadəsi hələlik müəyyən çətinliklərlə müşayiət olunur”.

Avtomobil ustası qeyd edib ki, Azərbaycanda elektromobillərlə bağlı bir sıra problemlər mövcuddur ki, bu da müəyyən vaxtdan sonra onların geniş yayılmasına mane ola bilər: “Ən əsas çətinliklərdən biri şarj infrastrukturunun yetərsiz olmasıdır. Şəhər daxilində müəyyən qədər şarj məntəqələri olsa da magistral yollarda və rayon yerlərində bu məntəqələrin azlığı sürücülər üçün ciddi problem yaradır. Bundan əlavə, mövcud şarj stansiyalarının bir çoxu bütün elektromobil modelləri üçün uyğun deyil və şarj müddəti də kifayət qədər uzun çəkir. İqlim şəraiti də elektromobillərin istifadəsinə təsir edən faktorlardandır. Soyuq havalarda batareyaların performansı zəifləyir, enerji sərfiyyatı artır və avtomobilin qət edə biləcəyi məsafə azalır. Yay aylarında isə batareyanın həddindən artıq isinməsi onun effektivliyini azalda bilər. Azərbaycanın bəzi dağlıq və enişli-yoxuşlu ərazilərində bu nəqliyyat vasitələrinin enerji sərfiyyatı daha da sürətlənir ki, bu da əlavə çətinliklər yaradır”.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər