Elm və təhsil naziri Bakı Mühəndislik Universitetini ziyarət edib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Emin Əmrullayev yeni istifadəyə verilmiş tədris korpusu, burada yerləşən laboratoriyalar və universitetin Texnoparkı ilə tanış olub. Onu təhsil müəssisəsinin rektoru Yaqub Piriyev müşayiət edib.
Rektor təhsil müəssisəsinin maddi-texniki bazası, elmi-tədqiqat fəaliyyəti barədə zəruri informasiyaları diqqətə çatdırıb. Eyni zamanda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonda kollektivlə görüşən Emin Əmrullayev BMU-nun daha da inkişaf edəcəyinə inamını vurğulayaraq uğurlar arzulayıb.
[caption id="attachment_123183" align="alignnone" width="640"]
Foto Bakı Mühəndislik Universitet[/caption]