Deputat Fazil Mustafa prezidentliyə namizədliyini irəli sürüb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa növbədənkənar prezident seçkilərində iştirak edəcək. Bu haqda adıçəkilən partiyanın Ali Məclisinin 16 dekabr tarixində keçirilən iclasında qərar verilib.
7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri baş tutacaq.