Bakıda keçiriləcək “Formula 1” yarışlarının vaxtı dəyişdirilə bilər. Bu haqda bu gün, 12 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, Çində keçirilməli olan qran-prinin ləğv olma ehtimalı var. Buna səbəb ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin gərginləşməsidir. Belə olduqda Şanxaydakı yarışdan əvvəl və sonra olacaq qran-prilərin arasındakı vaxt 4 həftə olacaq, bu isə təşkilatçılar üçün böyük boşluqdur.
Ehtimal olunur ki, həmin araya Azərbaycan qran-prisini yerləşdirə bilərlər. Belə olduqda yarışlar 21-23 aprel tarixlərində keçirilə bilər.
Hazırda Bakıda keçiriləcək yarış 28-30 aprel tarixlərinə təsdiq olunub.