Fransanın Moskvadakı səfirliyinin qarşısında aksiya keçirilib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Azfront-a istinadən xəbər verir.
Bu gün azərbaycanlı qadın və uşaqların iştirakı ilə keçirilən aksiyada “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır!”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin!” şüarları əks olunan plakatlar nümayiş olunub.
Həmçinin onlar Gəncəyə raket hücumu zamanı həlak olan körpələrin şəkillərini, eləcə də Azərbaycan xalqının Fransa senatına ünvanlanan petisiyanın emblemini nümayiş etdiriblər.
Aksiyanın iştirakçısı olan 3 nəfər qadın saxlanılıb. Onlardan 2-si Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşları, 1-i isə Rusiya vətəndaşıdır. Saxlanılanlar hazırda Moskva şəhərinin Yakimanka rayonunda yerləşən polis idarəsindədirlər.
Petisiyanın azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq