Bakı məktəblərinə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə sənəd verənlərin sayı məlum olub. Bu haqda 4 oktyabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən xəbər verir.
BŞTİ tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 296 nəfər sənəd verib. Hazırda BŞTİ tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərə - qeydiyyatdan keçdikləri əlaqə telefonlarına SMS bildiriş göndəriləcək.
Test imtahanının nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.