Gürcüstanın təhsil naziri Bakı Dövlət Universitetində olub. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Biz BDU ilə Gürcüstan universitetləri arasında əməkdaşlığın həyata keçirilməsi haqqında razılığa gəldik. Biz ali təhsil müəssisələri arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacağıq”, - deyə Gürcüstan təhsil naziri M.Çxenkeli bildirib.
O, Azərbaycan və Gürcüstanın təhsil sahəsində əməkdaşlığı davam etdirdiklərini və elm sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə etdiyini vurğulayıb.