Bir neçə gün öncə səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilən aktyor Rəşad Səfərov evə buraxılıb.
Bakuplus.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Əziz dostlar, bildiyiniz kimi son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirəcəyəm", - aktyor yazıb.