top
Həyətindəki qazıntıdan narazı olan sakinə cavab - O tikinti sökülməlidir
29 noyabr 2025, 09:57
- ↺ +

Həyətindəki qazıntıdan narazı olan sakinə cavab - "O tikinti sökülməlidir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yasamal rayonu 2-ci Alatava ərazisində 95-ci ev ünvanında həyətdə su borusu partlayıb.

Bu barədə Rahidə Cəfərova qafqazinfo.аz-a müraciət edib.

Şikayətçi bildirib ki, hadisə o, işdə olarkən qeydə alınıb: "Mənə dedilər ki, həyətini su basıb. İşdən evə qaçaraq gəlib icra hakimiyyətinə və su idarəsinə zəng etdim. Gəldilər qazıb-tökdülər, beləcə də qoyub gediblər. Heç kim gəlmir. Oğlum əsgərdir, özüm də tək yaşayan qadınam. Evimə keçib bir stəkan çay içə bilmirəm".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA)  bildirilib ki, qeyd olunan yaşayış ünvanındakı tikililər qeyri-qanuni olaraq mühafizə zolağında tikilib: "Həyətdə yerləşən sanitar qovşağı isə diametri 500 mm olan magistral içməli su xəttinin üzərində tikilib. Həmin su xəttində qəza baş verdiyinə görə iki sukanal idarəsinin əməkdaşları tərəfindən ünvana baxış keçirilib və qəzanın aradan qaldırılması üçün sanitar qovşağın sökülməsi zərurəti yarandığı barədə evin sahibinə məlumat verilib.

Evin sahibi su xəttinin üzərində inşa etdiyi tikintinin sökülməsinə icazə verməyib və şərait yaratmayıb. Bu səbəbdən idarənin əməkdaşları məcburiyyət qarşısında qalaraq qonşudan icazə almalıdırlar ki, onun həyətində qazıntı işlərinə başlasınlar.

Qonşunun həyətindən qazaraq torpağın altı ilə keçib həmin qanunsuz tikilinin altında təmir-bərpa işləri aparacaqlar. Bunun üçün su təchizatı da dayandırılmalıdır. Həftəsonu olduğuna görə abonentlərin su təchizatını iki gün dayandırmamaq üçün qəzanın aradan qaldırılması və təmir-bərpa işləri növbəti həftənin ilk günlərində həyata keçiriləcək".

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
Dünən, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Dünən, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Dünən, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Dünən, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Dünən, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Dünən, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Dünən, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Dünən, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Dünən, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Dünən, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Dünən, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Dünən, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
08 oktyabr 2026, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
08 oktyabr 2026, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
08 oktyabr 2026, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
08 oktyabr 2026, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
08 oktyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 oktyabr 2026, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
08 oktyabr 2026, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
08 oktyabr 2026, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Oxşar xəbərlər