Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun bütün borcları bağlanıb. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Yaşat fonduna istinadən xəbər verir.
“YAŞAT” fondu tərəfindən Sənan Əhmədovun banka olan 3891,32 AZN, eləcə də mağazaya olan 465,99 AZN borcu ödənilib.
“SOS” uşaq kəndində böyüyən şəhidimiz Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov ölümündən əvvəl qardaşının orduda xidmət yerini dəyişmək üçün ondan rüşvət istənilməsi haqda iddia qaldırmışdır, eləcə də Dövlət tərəfindən təqdim edilən evdən imtina etmişdir.