Paytaxtın Xətai rayonunda yerləşən hipermarketdə baş vermiş silahlı hücum zamanı yaralanan şəxsin səhhəti barədə məlumat verilib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Liv Bona Dea Hospital"dan verilən məlumata əsasən, Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir. Hazırda onun müalicəsi davam edir.
Yaralı 4 mart tarixində ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb. 8 mart tarixində xəstə süni tənəffüs aparatından ayrılıb və palataya köçürülüb.