Bakının Xətai rayonunda, “Əhmədli” metrosunun qarşısında yeni müasir dayanacaq quraşdırılır. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az məlumat verir.
Həmin pavilyon köhnə dayanacağın əvəzinə yerləşdiriləcək. Verilən məlumata görə, dayanacaq kondisioner və köşklə təmin olunacaq.
Daha öncə oxşar pavilyonlar Heydər Əliyev prospektinin Hava Limanının yanından keçən hissəsində, Kukla teatrının qarşısında, “Memar Əcəmi” metrosunun yaxınlığında quraşdırılıb.