Bakıda qadını hoteldə öldürməyə cəh edən şəxsin məhkəməsi başlayıb. Bu haqda APA 3 noyabr tarixində xəbər verib.
Paytaxt ərazisində yerləşən hotellərin birində müğənini öldürmək istəyən Əli Məmmədovun ibtidai istintaq işi başa çatıb.
Onun barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Əli Məmmədov 16 iyul tarixində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami rayonu ərazisində yerləşən hotellərin birində toy şənliklərində müğənni kimi fəaliyyət göstərən Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.