top
İranlıya narkokuryerlik edən taksi sürücüsü Maştağada tutuldu
17 noyabr 2025, 13:54
- +

İranlıya narkokuryerlik edən taksi sürücüsü Maştağada tutuldu

İran vətəndaşına narkokurleyrlikdə ittiham olunan 1985-ci il təvəllüdlü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.az-ın əldə etdiyi xəbərə görə, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsin göndərdiyi və "İnstagram" ani mesajlaşma tətbiqi vasitəsilə bildirdiyi ünvandan ümumi təmiz çəkisi 2060,0 qram miqdarda narkotik vasitəni - qurudulmuş marixuananı əldə edib.

21 dekabr 2024-cü ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində özünü şübhəli apardığı üçün Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmzəyev 14-cu Polis Şöbəsinin inzibati binasına gətirilib, dekabrın 22-də saat 02:20-də xidməti otaqda onun üzərində şəxsi axtarış zamanı əlində saxladığı sellofan bağlamanın içərisindən ümumi çəkisi 2060 qram qurudulmuş marixuana, gödəkcəsinin iç sol yan cibindən elektron tərəzi aşkarlanıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən B.Həmzəliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil: "Saxlandıqdan təqribən 3 gün əvvəl "İnstagram"da tanış olduğum, kimliyini bilmədiyim İran vətəndaşının atdığı konum vasitəsi ilə Şamaxı postunun yaxınlığından narkotik vasitəni götürdüm. Onun Maştağa qəsəbəsində ünvanlara atacağı konuma narkotik vasitəni qoyaraq qarşılığında 600 manat pul alacaqdım. Marixuananı 1 ədəd "Blue Jeans" yazısı olan rəngli sellofana bükərək üzərimdə saxlamışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin dekabrın 21-də Maştağa qəsəbəsində yol kənarında olarkən ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim ediblər: "Üzərimdəki narkotik vasitəyə görə narahat olduğumdan həmin yerdən uzaqlaşmaq istədim. Polis əməkdaşları məni saxlayaraq 14-cü Polis Şöbəsinə dəvət etdilər. Bölmədə üzərimdə olan əşyaları özümün təqdim etməyimi təklif elədilər. Əlimdəki sellofana bükülmüş narkotik maddə olan marixuananı təqdim etdim. Üzərimdə axtarış zamanı telefon və elektron tərəzi aşkar olundu".

Təqsirləndirilən şəxs qeyd edib ki, elektron tərəzi ona məxsus olmayıb. Taksi fəaliyyəti ilə məşğul olduğundan müştərilərdən biri tərəzini maşında unudub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Həmzəliyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il 6 ay azadlıqdan məhrum edilib.

Ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ittihamdan çıxarılıb.

Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
19 sentyabr 2026, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
19 sentyabr 2026, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Xəbər
19 sentyabr 2026, 14:24

"Formula-1"lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbər
19 sentyabr 2026, 12:12

Masazırda kişi qonşunun 9 yaşlı uşağını döydü - Öz övladına görə

Xəbər
19 sentyabr 2026, 11:31

Bir sutkada qazanılan tarixi Zəfər

Xəbər
19 sentyabr 2026, 11:01

Aida İmanquliyevanın anım günüdür

Xəbər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Xəbər
18 sentyabr 2026, 19:16

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Xəbər
18 sentyabr 2026, 17:56

Sakinlərin narazılığına səbəb olan restoranla bağlı tədbir görüldü

Xəbər
18 sentyabr 2026, 15:58

"Qadınlar məktəbləri işğal edib" - Metroda maraqlı sorğu

Xəbər
18 sentyabr 2026, 14:33

Ata qızı ilə birlikdə kürəkənini niyə qətlə yetirib?

Xəbər
18 sentyabr 2026, 12:26

Sabah Bakıda hava necə olacaq?

Xəbər
18 sentyabr 2026, 11:48

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan POLKOVNİK MƏHKƏMƏDƏ

Xəbər
18 sentyabr 2026, 10:59

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Xəbər
18 sentyabr 2026, 09:50

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Xəbər
17 sentyabr 2026, 17:48

162 nömrəli avtobus sərnişinləri təngə gətirib – ŞİKAYƏT

Xəbər
17 sentyabr 2026, 16:22

Azərbaycanlı rəqqas "Zita və Gita"nın ulduzu ilə görüşdü

Yasamal
17 sentyabr 2026, 14:04

Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb

Xəbər
17 sentyabr 2026, 13:59

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xəbər
17 sentyabr 2026, 12:42

Bakıda EVLİ KİŞİ 15 yaşlı qızı qaçırdı

Xəbər
17 sentyabr 2026, 11:03

Prezident TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
17 sentyabr 2026, 10:07

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Oxşar xəbərlər