Lalə Azərtaşa müsahibəsində Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov Jan-Klod Van Dammın Bakıya gələ biləcəyini deyib. Bu haqda BakuPlus.az bu gün, 8 sentyabr tarixində xəbər verir.
“Mənim çox yaxın dostum var, söz verdi ki, vida döyüşümə Jan-Klod Van Dammı da gətirəcək. Ola bilər ki, o, son yarışıma gəlsin. Uşaq vaxtı onun döyüşlərinə, filmlərinə baxıb idmanla məşğul olmuşam”, – deyə Z.Səmədov bildirib.
Zabit Səmədovun vida döyüşü sentyabrın 10-da, mətbuat konfransı isə bu gün, saat 19:00-da baş tutacaq.