top
Kanalizasiyaya düşüb ölən Cümşüdün anası: Oğlumun 3-də bunlar bağda yeyib-içirdilər
03 fevral 2026, 17:20
- ↺ +

Kanalizasiyaya düşüb ölən Cümşüdün anası: "Oğlumun 3-də bunlar bağda yeyib-içirdilər"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə dövlət ittihamçısının və vəkillərin təqsirləndirilən Azər Cümşüdova verilən sualları ilə davam edib. Azər Cümşüdov bildirib ki, özünü günahkar hesab etmir: "Biz o ərazidən təxminən 800 metr aralıda iş görmüşük. Məlumat gəlmişdi ki, çökmə baş verib, gedib oranı lentlə çəpərlədik, şəkillərini çəkdik. İyun ayının 14-nə kimi  burada bərpa işlərimiz davam edib. Kosmetik bərpa işini biz etməmişik. Hadisədən 22 gün əvvəl rəhbərlik bizi oradan çıxartdı ki, daha sizlik bir iş yoxdur burada. Baş verən ölüm hadisəsinin cavabdehi istismar sahəsidir. Mən gedib orada gözətçilik edəsi deyildim ki! Əgər zərrə qədər  günahkaramsa, cəzamı onqat çəkməyə hazıram". 

Zərərçəkən Fəridə Abbasova isə bunları deyib: "Ürəyi dağlı bir ananın yanına gəlmək yerinə dəfn gününün sabahı "Azərsu"yun sabiq vəzifəli şəxsi olan qaynım Novxanıdakı bağ evində yeyib içiblər. Guya mənim oğluma üç mərasimi verirmişlər. Mən də həmin vaxt təkbaşıma  oğlumun məzarı başında yana-yana ağlayırdım. Qaynımgil indiyənə kimi bu işi ictimailəşdirdiyimə görə mənə hədə-qorxu gəlirlər. Sukanal idarəsindən İntiqam kimdirsə, qaynımla mənə xəbər göndərib ki, nə xeyri var bu qədər hay-küy salmağının? Onsuz da uduzan sən olacaqsan, yazığın birini tutub ilişdirəcəklər, sən küy salmağında qalacaqsan. Mən oğlumun damla qanının hesabını soruşacağam". 

Növbəti proses 17 fevral saat 10:00-a təyin olunub.

Son xəbərlər

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Oxşar xəbərlər