Kliniki Tibbi Mərkəzə ötən ay 828 nəfər zəhərlənmə ilə müraciət edib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az tibb müəssisəsinə istinadən xəbər verir.
Müraciət edənlərdən 140 nəfər toksikologiya şöbəsinə yerləşdirilib. Onlardan 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. 2 nəfəri ilan, 1 nəfəri isə həşarat sancıb.
Bundan əlavə, 4 nəfər anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.