Kliniki Tibbi Mərkəzə son 3 ay ərzində 76 nəfər ilan sancması ilə müraciət edib. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az tibb müəssisəsinə istinadən xəbər verir.
Onlardan 7-sinin vəziyyəti ağır, digərlərinin isə orta ağır qiymətləndirilib. 1 nəfərin müalicəsi hələ də davam edir.
Bundan əlavə, 11 nəfər həşərat sancması ilə toksikologiya şöbəsinə yerləşdirilib. Bu günə qədər müraciətlər arasında ölüm hadisəsi qeydə alınmayıb.