Kliniki Tibbi Mərkəzdə yeni şöbə fəaliyyətə başlayır. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Tibbi müəssisədə Hemodializ Mərkəzi yaradılıb. 3 mərtəbədən ibarət şöbədə yeni aparatlar alınıb və çarpayı sayı 76-ya çatdırılıb. Burada 16 həkim-nefroloq fəaliyyət göstərir, eləcə də USM, KT, MRT və rentgen müayinəsi üçün bütün lazımi avadanlıqlar mövcuddur.
Daha öncə, 8 sentyabr tairxində Kliniki Tibbi Mərkəzdə Təcili Tibbi Yardım şöbəsinin yaradılması barədə məlumat verilmişdir.