Paytaxtda yerləşən Kliniki Tibbi Mərkəzdə yeni Təcili Tibbi Yardım şöbəsi yaradılıb. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az tibb müəssisəsinə istinadən xəbər verir.
Ümumi sahəsi 1000 kv.m olan şöbə Cənubi Qafqazda ən böyük Təcili Tibbi Yardım şöbəsi sayılır. Xəstələrin vəziyyətinə görə şöbə 3 sahəyə bölünüb.
Şöbə iki canlandırma otağı (CPR), 8 çarpayılıq mini reanimasiya zalı, 36 yerlik müşahidə otağı, ginekoloji otaq və uşaq zallarından ibarətdir.
Ambulator olaraq müraciət edən, ümumi vəziyyəti stabil olan vətəndaşlara yaşıl sahədə xidmət göstəriləcək. Bir qədər ağır, amma həyat üçün təhlükəli olmayan hallar üçün sarı sahədə tibbi xidmət təmin ediləcək. Kritik hallarda - həyat üçün təhlükəli ağır zədələnmələr zamanı isə pasiyent qırmızı sahədə müalicəyə cəlb olunacaq.
[caption id="attachment_68876" align="alignnone" width="1024"]
Foto Kliniki Tibbi Mərkəzin rəsmi saytı[/caption]