top
Korporativ mühitdə şikayət və təkliflər üçün qaynar xətt olmalıdır-  Ekspert
14 noyabr 2025, 10:11
- ↺ +

"Korporativ mühitdə şikayət və təkliflər üçün qaynar xətt olmalıdır"-  Ekspert

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə həm dövlət, həm də özəl sektorda etik davranış qaydaları və komplayens mexanizmlərinin tətbiqi daha da aktuallaşıb. Şəffaf idarəetmə, məsuliyyətli qərarvermə və korrupsiya risklərinin azaldılması baxımından bu sahə mühüm əhəmiyyət daşıyır.

İş mühitində etik davranış və qaydalara riayət etmək bu gün hər zamankından vacibdir. Komplayens sistemi isə şirkətlərdə dürüstlük və məsuliyyət mədəniyyətini formalaşdırır.

Bakuplus.az-ın əməkdaşı bu barədə fikirlərini öyrənmək üçün etika və komplayens üzrə ekspert Kamran Hacıyevlə həmsöhbət olub.

- Korporativ etika konkret olaraq nəyi ifadə edir?

- Adından bəlli olduğu kimi korporativ - yəni şirkət daxili etikadan söhbət gedir. Çox vaxt əməkdaşlar arasında davranış qaydaları nəzərdə tutulur.

- Şirkətdə etik davranış kodeksi necə hazırlanır?

- Etik davranış kodeksi şirkətin dəyərlərinə uyğun olaraq hazırlanır. Müvafiq səlahiyyətli şəxs tərəfindən rəhbərlik ilə birlikdə şirkətin dəyərləri, etik mühiti nəzərə alınaraq sənədləşdirilir və şirkət rəhbərliyi tərəfindən təsdiqlənir.

- Etik prinsiplərin pozulmasına ən çox hansı hallarda rast gəlinir?

- Belə bir statistikaya rast gəlməmişəm. Lakin fərqli hallarda etik qaydalar pozula bilər: əməkdaşlar arasında zarafatlar, subordinasiya prinsipləri, əməkdaş və rəhbər və yaxud da əməkdaşlar arasında davranış və s. zamanı.

- İşçilər etik qaydaları pozduqda hansı addımlar atılmalıdır?

- İlk növbədə tövsiyə edərdim ki, müvafiq araşdırma aparılsın. Pozuntunun səbəbi varsa, müəyyən edilməlidir. Araşdırmadan sonra tədbirlər görülür. Şşifahi və yazılı xəbərdarlıq, yaxud da pozuntunun ciddiyyəti nəzərə alınaraq töhmət, şiddətli töhmət verilə bilər.

- Etik davranış şirkətin nüfuzuna necə təsir edir?

- Etik davranış qaydalarının mövcudluğu və onlara riayət olunması iş mühitinə çox müsbət təsir edir. Şirkətin reputasiyası artır. Hər hansı bir etik qaydaların olmaması şirkət reputasiyasına mənfi təsir göstərə bilər.

- Etik təlimlər niyə vacibdir və neçə müddətdən bir keçirilməlidir?

- Etik qaydaların olması vacibdir. Təlimlər bu qaydaların gündəlik proseslərdə icra olunmasına zəmin yaradır. Bu proses çox önəmlidir.

- Etik pozuntu aşkarlandıqda hansı istintaq və yoxlama addımları atılır?

- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əməkdaşa hər hansısa bir intizam tənbehinin verilməsi bir aya qədər olan dövrdə olmalıdır. Ona uyğun olaraq biz çalışırıq ki, hər hansı bir araşdırma, yoxlama aparılırsa da, tez bir zamanda yekunlaşsın. Səbəblər müəyyən edilsin ki, müvafiq olaraq düzgün intizam tənbehi tərtib olunsun.

- Etik davranışın şirkət üçün maliyyə baxımından faydaları varmı?

- Etik davranışlı əməkdaşlar düzgün işləyir. Düzgün işləyirsə, keyfiyyət artır. Əməkdaşlıq dəyəri artmış olur. Keyfiyyətli iş və motivasiyalı əməkdaş belə bir mühitdə daha çox performans göstərir və şirkətə daha çox fayda gətirmiş olur.

- Rüşvət və korrupsiya halları korporativ etikada necə qiymətləndirilir?

- Hər hansı bir rüşvət və korrupsiya halının olması etik davranışın pozuntusu sayılır.

Səlahiyyətlilər həmin bu riskin qarşısını almaq üçün birinci növbədə etik dəyərlər müəyyən edirlər. Təlimlərdə də əməkdaşlara izah olunur ki, hər hansı bir korrupsiyanın baş verməsi, rüşvətin alınması və yaxud da təklif olunması etik prinsiplərə zidd sayılır. Məqsəd ondan ibarətdir ki, bu riskin qarşısı alınsın.

- Etik məsələlərdə anonim şikayət mexanizmləri mövcuddurmu və necə işləyir?

- Bəli, mövcuddur. Şikayət və təkliflər üçün nəzərdə tutulan anonim qaynar xətt olmalıdır, birbaşa rəhbərliyə çıxış vasitəsi təmin olunmalıdır. Bütün əməkdaşlar rahat və inamlı şəkildə müraciət edə bilməlidir. Qaynar xətt əlçatan olmalıdır, əməkdaşların nəzərinə çatdırılmalıdır. Hər hansısa bir etik qayda pozuntusu və ya rüşvət halı ilə qaşılaşdıqda mütləq şəkildə müraciət etməlidirlər..

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Oxşar xəbərlər