Fövqəladə Hallar Nazirliyinin (FHN) iki müstəntiqi barəsində korrupsiya faktı ilə cinayət işi başlanıb. Bu haqda bu gün, 5 noyabr tarixində Qafqazinfo məlumat verib.
Müstəntiqlər Zaur İslamov və Rüfət Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunublar. İdarə onlarla bağlı korrupsiya şübhələrini araşdırır.
FHN-dən bildirilib ki, qurumunun əməliyyat-axtarış idarəsinin müstəntiqləri Rüfət Nuriyev və Zaur İslamov barəsində vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün aidiyyəti orqanlara göndərilib.