top
“Kredit borcu banka ödənməyib” - “Şlyapa Zahid”in MƏHKƏMƏSİ
16 yanvar 2025, 00:25
- ↺ +

“Kredit borcu banka ödənməyib” - “Şlyapa Zahid”in MƏHKƏMƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakuplus.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə növbəti proses keçirilib.

Şahid qismində ifadə verən “Ata Bank”ın əməkdaşı olmuş Solmaz Əliyeva Zahid Niftəliyevi bankda 2-3 dəfə gördüyünü bildirib: 

“2004-cü ildən “Ata Bank”da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilirdi. Sənədlərin dəqiqliyini yoxlayır, imzalayıb kassaya göndərirdim. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırırdı. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir neçə dəfə də bankda görmüşəm”.

Təqsirləndirilən Zahid Niftəliyev şahidi görmədiyini, bankda cəmi bir dəfə olduğunu və o zaman yalnız sənədləri imzaladığını qeyd edib.

Daha sonra məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Şahid ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, bank tərəfindən “Şahin CO” şirkətinin hesabına müxtəlif vaxtlarda 21.279.000, 6,663.288, 39.733.891 dollar vəsait köçürülüb. Eyni zamanda, 16.847.000 dollar digər şirkətə göndərilib. Daha sonra 7.350.000 dollar məxaric olunub. Bununla yanaşı, şahid müxtəlif vaxtlarda 625.000 və 683.000 dollar məbləğində kredit ödənişinin həyata keçirildiyini bildirib.

Təqsirləndirilən şəxs isə banka kredit borcu ödəmədiyini bildirib.

Daha sonra “Ata Bank”ın bank olmayan kredit təşkilatında çalışmış Rüfət Daşdəmirov şahid qismində ifadə verib.

Şahid müştərilərlə ünsiyyətinin olmadığını, yalnız ona ötürülən müraciətlərə əsasən əməliyyat apardığını bildirib:

“Müştərilər bankın filialına yaxınlaşır, filial müştəri ilə danışır, ödəmə qabiliyyətini yoxlayır, əməliyyat oradan bizə ötürülür. Biz əməliyyatı nəzərdən keçirir, aidiyyəti üzrə göndərirdik. Əməliyyat qərara əsasən icra olunur.

“Şahin Co” şirkəti tərəfindən filiala müraciət daxil olub. Filial müraciətə baxıb, bizə göndərib və kredit ayırmışıq. Orada qərarı mən vermirdim. Mən müştəri ilə ünsiyyətdə olmurdum. Əməliyyatı icra edirdim. Müraciətə əsasən, şirkətə 20 milyon dollar kredit ayrılıb. Kredit komitəsinin iclasında iştirak etsəm də, çıxış etməmişəm. Məruzəni bankın filialı edib”.

Hakimin sualına cavab olaraq şahid bildirib ki, müraciət hüquqi şəxs tərəfindən olunub:

“Hüquqi şəxslərin nizamnamə kapitalı əksər hallarda 10-15 manat civarında olur. Elə müraciətin də əsas məqsədi şirkətin maliyyə dövriyyəsinin yüksəldilməsi istiqamətində olub”.

Dövlət ittihamçısının bu qədər böyük məbləğdə kreditin girovsuz ayrılması barədə sualına isə şahid bu qərarı bankın rəhbərliyinin verdiyini bildirib.
Şahidin indiki ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında ziddiyyət olduğu qeyd olunub.

Onun ilkin ifadəsi elan olunub. Orada şahid deyib ki, şirkətə kredit ayrılması qanunsuz olub. Kredit müraciətinin edildiyi gün şirkət yaradılıb. Bununla bağlı bankın idarə heyətinin sədri Dəyanət Quliyev göstəriş verib. Deyib ki, sənədlər yoxlanılsın, müraciət kredit komitəsində müzakirəyə çıxarılsın, qalan proseslə işiniz olmasın: “Bankın filialı məruzə ilə çıxış etdi. Mən bununla bağlı heç bir sənədə imza atmamışam. Bankın rəhbərliyi razılıq verib. Bununla da kredit verilməsi barədə qərar qəbul olundu”.

Proses fevralın 5-ə qədər təxirə salınıb.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər