Bakının Nəsimi rayonu ərazisində, “Kubinka” adlanan yaşayış massivində söküntü işlərinə start verilib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az məlumat verir.
Məhəmməd Naxçıvani küçəsində artıq bəzi binalar hasarlanıb, sakinlər köçürülüb. Yaxın zamanda əraziyə ağır texnika və canlı qüvvə cəlb olunacaq.
Daha öncə məlum olub ki, paytaxtın Yasamal rayonu, “Alatava-1” yaşayış massivi də söküləcək.