Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1A massivində qanunsuz tikililər sökülüb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, araşdırma zamanı məlum olub ki, ayrı-ayrı şəxslər dövlətin müstəsna mülkiyyətində olan ərazini zəbt edərək orada tikinti işləri aparırlar, həmçinin tikinti zamanı bir sıra qayda pozuntularına yol verirlər.
İcra Hakimiyyəti tərəfindən ərazidəki tikinti işləri dayandırılaraq söküntü işlərinə başlanılıb, tikinti aparan şəxslər məsuliyyətə cəlb olunublar.
Hazırda qəsəbə ərazisində monitorinqlər davam edir.
[caption id="attachment_96240" align="alignnone" width="640"]
Foto Oxu.az saytı[/caption]