top
Lisenziya pozuntularına görə kim cəzalanır – həkim, yoxsa klinika? - Səhiyyə Nazirliyindən açıqlama
14 may 2026, 11:07
- ↺ +

Lisenziya pozuntularına görə kim cəzalanır – həkim, yoxsa klinika? - Səhiyyə Nazirliyindən açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Əgər özəl tibb müəssisəsi hüquqi şəxs yaratmaqla təşkil olunubsa, (yəni MMC, QSC, MMM və s.) bu zaman sahibkarlıq subyektinin məkanında fəaliyyət göstərən həkim lisenziyaya görə cavabdeh şəxs hesab edilmir". 

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin baş mütəxəssisi Xəyalə Əliyeva açıqlayıb.

Onun sözlərinə görə, lisenziya hüquqi şəxs yaratmış sahibkarlıq subyektinin tam olaraq öz məsuliyyət sferasıdır: "Doğrudur, sahibkarlıq subyektinin rəhbər nümayəndəsi öz işçi heyəti ilə vaxtaşırı keçirdiyi iclaslarda və ya daxili auditində tabeliyində çalışan əməkdaşlarını öz vəzifə səlahiyyətlərindən kənar fəaliyyətlə məşğul olmaması üçün xəbərdar etməlidir. Çünki hansısa bir həkimin orada lisenziyadan kənar fəaliyyəti sahibkarlıq subyektinə maliyyə sanksiyası və ya daha ciddi məhdudlaşdırıcı tədbirlərə tətbiq edilə bilər. Əgər məlumatlı deyillərsə, o zaman məsuliyyət tədbiri sahibkarlıq subyekti ilə işçi arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənməlidir".

Xəyalə Əliyeva bildirib ki, qanunvericiliyə gəldikdə isə lisenziyaya görə birbaşa məsuliyyət sahibkarlıq subyektinin məsuliyyətidir: "Bəzən ümumiyyətlə lisenziya almadan tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyekti obyektin bəzi otaqlarını icarəyə verərək, digər şəxslərin də yalnız vergi ödəməklə fəaliyyətini təmin edir. Belə hal aşkarlandığı zaman əmək müqaviləsi olmadığına görə hər iki şəxs sahibkar hesab olunduğundan lisenziyaya görə məsuliyyət daşımış olur. Həkim olaraq lisenziyaya məsuliyyət yalnız fərdi qaydada tibbi fəaliyyət göstərən şəxslərə şamil olunur. Hüquqi şəxs yaratmadan, (yəni müəyyən cəmiyyət - MMC, QSC, MMM və s.) həm həkim həm də sahibkar kimi fəaliyyət göstərirsə, hər iki sənəd eyni şəxsə məxsusdursa, məsul şəxs hesab edilir və hər bir halda cavabdehdir.
Beləliklə sahibkarlıq subyektinin əmək müqaviləsi əsasında çalışan işçiləri lisenziyaya görə birbaşa məsuliyyət daşımırlar".

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər