Azərbaycanda bir sıra ürək-damar xəstəlikləri icbari tibbi sığortanın paketinə daxil ediləcək. Bunu bu gün, 10 noyabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
Orqan transplantasiyası əməliyyatlarının limiti artırılacaq, bir çox ürək-damar xəstəlikləri xidmət zərfinə daxil ediləcək. Əliyev qeyd edib ki, bu xidmətlər artıq aidiyyəti strukturlarla razılaşdırılıb və yaxın vaxtlarda onların təsdiqlənməsi gözlənilir.
“Ürək-damar genişlənməsi əməliyyatları da daxil ediləcək. Hazırda yenilənmiş xidmətlər zərfinin təsdiqlənməsini gözləyirik. Biz başlayanda 27 tibb müəssisəsi ilə müqaviləmiz var idi, indi bu say 92-yə çatıb”, - deyə Zaur Əliyev qeyd edib.