MİDA-nın satışa çıxardığı mənzillərin satışı bitib. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) istinadən xəbər verir.
Yasamal rayonu, Xarici dairəvi yolu, 6 ünvanında yerləşən 815 mənzilin hamısı seçilib.
Satış 24 sentyabr saat 15:00-da başlayıb. İlk mənzilin satış prosesi 31 saniyəyə yekunlaşıb.
Daha öncə, 15 sentyabr tarixində MİDA-nın mənzilləri satışa çıxarılmışdır, ancaq kiberhücum səbəbindən sistem sıfirlanmışdır.